Rusiya Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportarena.az xəbər verir ki, Kurban Berdıyev "Soçi" klubunun baş məşqçi postundan istefaya göndərilib. Türkməninstanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandanı müvəqqəti olaraq Dmitri Xoxlov çalışdıracaq.
Kurban Berdıyev ötən ilin noyabrında "Soçi" ilə müqavilə bağlamışdı. Komanda 70 yaşlı mütəxəssisin rəhbərliyi altında 5 oyunun 2-də qalib gəlib, üçündə isə uduzub.
Qeyd edək ki, 22 oyundan sonra 31 xal toplayan "Soçi" Rusiya Premyer Liqasında 9-cu yeri tutur.