Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, "qara qartallar"ın hücumçusu Cenk Tosun sıradan çıxıb. 31 yaşlı forvardın əzələsində yırtıq aşkarlanıb. Təcrübəli futbolçu 5-6 gün məşq prosesindən uzaq qalacaq.
Cenk Türkiyə Super Liqasının 30-cu turunun "Trabzonspor"la səfər matçında iştirak etməyəcək. Qarşılaşma 16 aprel tarixində baş tutacaq.
Qeyd edək ki, Cenk Tosun cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 26 Super Liqa matçında 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.