Amerikalı məşqçinin Premyer Liqa klubuna təyinatı baş tutmadı

22:07 10 Aprel 2023

Cessi Marşın "Lester Siti"yə baş məşqçi təyinatı baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə amerikalı mütəxəssis arasındakı danışıqlar uğursuz nəticələnib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Tərəflər müqavilə müddəti ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.

 

"Tülkülər"i mövsümün sonuna kimi Din Smitin çalışdıracağı gözlənilir.

 

Qeyd edək ki, "Lester Siti" bir neçə gün öncə baş məşqçi Brendan Rocersi istefaya göndərib.


Digər xəbərlər

Xəbər xətti