Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Sportarena.az xəbər verir ki, söhbət Monteneqronun Podqoritsa şəhərində təşkil olunan “WTT youth star contender” turnirindən gedir.
30-a yaxın ölkə idmançılarının qatılacağı Podqoritsa sınaqlarında seçmə komandamızın iki üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə etimadı doğrultmağa çalışacaq. Turnirin reqlamentinə əsasən aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. 13 aprel tarixində isə, qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilən anoloji yarışda bürünc medala layiq görülüb.