“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya təmsilçisi “Rubin”in təklifini rədd edib.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi dəyişikliyinə hazırlaşan Kazan klubu bir neçə mütəxəssislə danışıq aparıb. Onlardan biri də Musayev olub.
Lakin 40 yaşlı mütəxəssis dərhal təklifə “yox” cavabını verib. O, mövsümün gedişində komandasını dəyişmək fikrində olmadığını deyib.
İndiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan “Rubin”in bu posta əsas namizədi Kurban Berdiyevdir.
Rusiya Milli Futbol Liqasında 26 turdan sonra 47 xalla ikinci pillədə yer alan “Rubin” Premyer Liqaya qayıtmağa iddialıdır.