“Lester”in yeni baş məşqçisi məlum olub.
Sportarena.az Premyer Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın “sükan”ı Din Smitə tapşırılıb.
52 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. “Çelsi”nin sabiq futbolçusu Con Terri məşqçilər korpusunda yer alacaq.
“Lester” İngiltərə çempionatının turnir cədvəlində 30 turdan sonra 25 xalla 19-cu pillədə yer alır.
Din Smit öncədən “Norviç”, “Aston Villa” və “Brentford” kimi klublarda işləyib.