Türkiyə millisinin və “Feyenoord”un futbolçusu Orkun Kökçü karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatı Premyer Liqada mübarizə aparan 6 klubun onun xidmətində maraqlı olduğunu yazıb.
22 yaşlı yarımmüdafiəçini istəyən klublar arasında “Mançester Yunayted” və “Tottenhem” də var. Eyni zamanda “Brayton”, “Lester Siti”, “Vest Hem” və “Brentford” da türkiyəli oyunçunun xidmətində maraqlıdırlar.
Xatırladaq ki, karyerası ərzində yalnız “Feyenoord”da forma geyinmiş Orkun Kökçü bu mövsüm 38 oyuna çıxıb, 12 qol və 4 ötürmə müəllifi olub. Bazar dəyəri 30 milyon avro olan Orkunun Niderland klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.