“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə oyunundan öncə gözləntilərini bölüşüb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çətin sınaq qarşısında olduqlarını deyib:
“Hazırda xoş bir həyəcan içindəyik. Ümid edirik ki, ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq. Bizi çətin sınaq gözləyir.
“Mançester Siti”nin oyun üslubu hər kəsə bəllidir. Pep Qvardiola komandaya təyinat aldıqdan sonra baş verən dəyişiklikləri görə bilərsiz. Onlar yaxşı hücumlar edə bilən komandadır.
Çalışacağıq ki, topla və topsuz rəqabət aparmağın yollarını tapaq”.
Qeyd edək kİ, ilk matç bu gün İngiltərədə keçiriləcək və saat 23:00-da start götürəcək.