“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İtaliya klubu “Napoli” haqda fikirlərini bildirib.
Sportarena.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, Neapol təmsilçisinin “sükanı arxasında” olan Luçano Spalettidən söz açıb:
“Napoli” barədə danışmaq istəmirəm, çünki Spaletti mənə giley edəcək. O, çox həssas biridir”.
Daha sonra ispaniyalı mütəxəssis qitənin ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqası haqda danışıb:
“Çempionlar Liqasının 1/4, yarımfinal və final mərhələsində eyni futbolçularla mübarizə aparsan, bir o qədər rahat oynaya bilərsən”.
Xatırladaq ki, Premyer Liqa təmsilçisi bu gün Çempionlar Liqasının 1/4 finalının ilk matçında İngiltərədə “Bayern”lə qarşılaşacaq. Matç saat 23:00-da start götürəcək.