Almaniyanın "Bavariya" yayda klubu yayda hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, Münhen təmsilçisinin əsas hədəfi "Benfika"da çıxış edən Qonçalo Ramosdur. Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Bundesliqa klubu 21 yaşlı forvard üçün 100 milyon avroluq büdcə ayırıb. "Bavariya" transfer danışıqları üçün portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşlə də görüşüb.
Qeyd edək ki, Qonçalo Ramos "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 25 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.