“Neftçi” Premyer Liqanın 30-cu turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.
Sportarena.az xəbər verir ki, “Sumqayıt”la matçın ertəsi günü istirahət edən “ağ-qaralar” aprelin 10-da məşqlərə başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən və bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində Ataa Caber və Vato Arveladze fərdi məşğul olublar.
Aprelin 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununa saat 20:00-da start veriləcək.