İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.
Sportarena.az xəbər verir ki, London təmsilçisi Ben Çiluelin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı sol cinah müdafiəçisi 2027-ci ilin yayına kimi "mavilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Çelsi" Ben Çilueli 2020-ci ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.