Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyun günündə keçiriləcək hər iki qarşılaşma oynanılıb.
Turnirin son qalibi olan "Real Madrid" İspaniyada "Çelsi"ni qəbul edib. İspaniya təmsilçisi rəqibini mğlub edib - 2:0.
Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutub. "Milan" rəqibini minimal hesabla məğlub edib - 1:0.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
"Real Madrid" (İspaniya) 2:0 "Çelsi" (İngiltərə) (yekun)
Qollar: Benzema 22, Asensio 74
Qırmızı vərəqə:Çilvel 59
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, "Santyaqo Bernabeu" stadionu
"Milan" (İtaliya) 0:0 "Napoli" (İtaliya) (yekun)
Qol: Bennaser 40
Qırmızı vərəqə: Anquissa 75
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, "San Siro" stadionu
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.