“Bayern” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında “Mançester Siti”yə uduzub (0:3).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi sonuncu dəfə 8 il öncə – 2015-ci ilin mayında yarımfinalda eyni hesabla “Barselona”ya yenilib.
Eyni zamanda, “şəhərlilər” 2017-ci ilin dekabrından sonra qitənin ən nüfuzlu klub turnirində Almaniya klubunu böyük hesabla məğlub edə bilib. “Bayern” isə həmin il eyni nəticə ilə qrup mərhələsində PSJ-yə məğlub olmuşdu.
Qeyd edək ki, “Bayern” – “Mançester Siti” duelinin cavab qarşılaşması Almaniyada baş tutacaq.