“Bayern”in baş məşqçisi Tomas Tuxel UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə ilk oyununu (3:0) şərh edib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibdən üstün oynadıqlarını deyib:
“Mən hələ də nəticəni qəbullana bilmirəm. Bir çox məqamlarda rəqibdən üstün olduğumuz halda cəzalandırıldıq. Bu, çox ağır cəza idi!
Hesab 0:2 olana qədər çox yaxşı oyun keçirdiyimizi düşünürdüm. Qeydə alınan nəticəni qiymətləndirməyə çalışmıram. Görüşün 70-ci dəqiqəsinə qədər çox yaxşı oyun izlədim”.
Qeyd edək ki, “Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada baş tutacaq. Görüş aprelin 19-da keçiriləcək.