Çempionlar Liqası: Ötən gecəqeydə alınan rekord və antirekordlar

13:46 12 Aprel 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk iki oyununda sonra qeydə alınan rekord və antirekordları açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Benfika”nın (Portuqaliya) evdə “İnter”ə (İtaliya) 0:2, “Bavariya”nın (Almaniya) isə səfərdə “Mançester Siti”yə (İngiltərə) 0:3 hesabı ilə məğlub olduğu görüşdə maraqlı statistik məqamlar ortaya çıxıb.

 

- “İnter” üçüncü dəfə Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən ən böyükhesablı səfər qələbəsini qazanıb. “Neradzurra” 1964-cü ildə Serbiya “Partizan”ını, 1967-ci ildə isə İspaniya “Real Madrid”ini səfərdə 2 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma 1/4 finala təsadüf edib.

 

- İndiyə qədər cəmi bir komanda 1/4 finaldan etibarən ilk görüşdə evdə 2 top fərqilə məğlub olmasına baxmayaraq, mərhələ adlamağı bacarıb. Bu, 1968/1969 mövsümündə baş verib. “Ayaks”la “Benfika” arasında hər iki matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə oyuna ehtiyac duyulub və orada “Ayaks” 3:0 hesablı qələbə qazanıb.

 

- “İnter” ÇL tarixində ilk dəfə səfərdə penaltidən qol vurub. Bunu belçikalı hücumçu Romelu Lukaku gerçəkləşdirib. 2003-cü ildə Almaniya təmsilçisi “Bayer”lə matçda belə bir imkan olsa da, Domeniko Morfeo zərbəni qola çevirə bilməyib.

 

- Bununla milanlıların penaltisiz səfər seriyası 59-cu matçda dayanıb. Bu, turnir tarixinin ən uzun seriyasıdır.

 

- “Bayern” İngiltərədə ən böyükhesablı məğlubiyyət antirekordunu təkrarlayıb. Münhenlilər ilk dəfə 1971-ci ildə Yarmarkalar Kubokunun 1/4 finalında “Liverpul”a eyni hesabla uduzublar.

 

- “Bayern” 2017-ci ildən bəri ilk dəfə avrokuboklarda 3 cavabsız qolla məğlub olub. Altı il əvvəl almanlar Fransa klubu PSJ-yə 0:3 hesabı ilə uduzublar.

 

- Münhen təmsilçisi tarixi ərzində heç vaxt avrokubokların ilk matçındakı 3 top fərqli məğlubiyyətdən sonra cavab qarşılaşmasında geridönüş edə bilməyib.

 

- “Mançester Siti” bütün turnirlərdə qələbə seriyasını 9 oyuna çatdırıb.

 

- “Mançester Siti” cari mövsüm Almaniya klublarına qarşı keçirdiyi ev matçında qol rekordunu yeniləyib. Ada təmsilçisi “Leyptsiq”i 7, “Bayern”i isə 3 dəfə mərkəzə dəvət edib.

 

- Pep Qvardiola məşqçi kimi ÇL-də alman rəqiblərinə qarşı keçirdiyi 12 ev matçının hamısında qalib gəlib, onlardan 8-də komandası minimum 3 top fərqli üstünlük əldə edib. “Mançester Siti” Qvardiolanın rəhbərliyi altında doğma arenasında Münhenqladbax “Borussiya”sını 4:0, “Şalke”ni 7:0, “Leyptsiq”i 6:3, 7:0, “Bavariya”nı 3:0 hesabı ilə məğlub edib. O, “Barselona”da olarkən “Bayern”ə 4:0, “Ştutqart”a 4:0 və “Bayer”ə 7:1 hesabı ilə qalib gəliblər.

 

- “Mançester Siti”nin hücumçusu Erlinq Haland karyerasında ilk dəfə “Bayern”i məğlub edib. O, bu rəqibə qarşı əvvəlki 7 görüşün hamısında uduzub. Haland münhenliləri 6-cı dəfə mərkəzə dəvət edib.

 

- Haland ÇL-də cəmi 26 oyun keçirməsinə baxmayaraq, artıq qollarının sayını 34-ə çatdırıb. Mançesterdəki görüşdə komanda yoldaşı Bernardo Silvanın qoluna məhsuldar ötürmə verən norveçli forvard iki il ərzində Çempionlar Liqasında ilk assistini edib. Ümumilikdə onun aktivində ÇL-də 4 məhsuldar ötürmə var.


Digər xəbərlər

Xəbər xətti