Fransalı baş məşqçi Rudi Qarsiya “Əl Nəsr”in baş məşqçisi vəzifəsindən qovulub.
Sportarena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, o, komandanın zəif nəticələri və xüsusən də, futbolçularla münasibətlərinin pis olması səbəbindən qovulub. Qarsiya paltardəyişmə otağında oyunçularla mübahisə edib ki, bu da Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinin səbrini tükədib və bu, onun qovulmasına təkan olub.
Qarsiyanın rəhbərliyin ümidlərini doğrultmadığı da bildirilir. “Əl Nəsr” çempionatın bitməsinə 7 tur qalmış “Əl İttihad”dan 3 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Daha əvvəl bildirilmişdi ki, “Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo baş məşqçidən və komandanın nümayiş etdirdiyi oyundan narazıdır.
Qarsiya 2022-ci ilin yayından “Əl Nəsr”ə rəhbərlik edirdi.