Yan Nepomnyaşi (Rusiya) ilə Din Liren (Çin) arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.
Sportarena.az xəbər verir ki, üçüncü qarşılaşma heç-heçə başa çatıb – 0,5:0,5.
Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında yarışan Nepomnyaşi hazırda hesabda öndədir – 2:1
Şahmatçıların ilk görüşündə bərabərlik qeydə alınıb. İkinci görüşdə rusiyalı şahmatçı qələbə qazanıb. Tərəflər arasındakı növbəti qarşılaşma aprelin 13-də olacaq.