Keçmiş futbolçu Ouen Harqrivs UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” – “Bayern” oyunu haqda (3:0) fikirlərini bildirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “şəhərlilər”in müdafiədəki performansını qüsursuz adlandırıb:
“Çempionlar Liqasını belə oyunla qazanmaq olar! “Mançester Siti” tamamilə heyrətamiz çıxış etdi. Müdafiədə çox fərqli, qüsursuz görünürdülər. Onlar mükəmməl idi”.