Türkiyəli müğənni “Barselona”nın oyununa niyə gedib? - FOTO

19:18 12 Aprel 2023

Türkiyəli müğənni Simge “Aşkın Olayım” mahnısı ilə ölkəsində tribunaları coşdurandan sonra yeni mahnısının tanıtımını “Barselona”nın stadionu “Spotify Camp Nou”da da edib.

 

Sportarena.az xəbər verir ki, İspaniya La Liqasının son turunun “Barselona” – “Jirona” matçında (0:0) Simgenin adı və şəkli LED ekranlarda əks olunub.

 

Türkiyəli müğənninin şəkli və yeni mahnısı “Harcandıkça”nın adı LED-lərdə görünüb. Sənətçi “Jirona” ilə matçı “Spotify Camp Nou”da, özəl lojada canlı izləyib.


Digər xəbərlər

Xəbər xətti