“Azərbaycan Qran Prisində tətbiq ediləcək format daha dinamikdir”.
Sportarena.az xəbər verir ki, bunu “Ferrari” komandasının rəhbəri Frederik Vasseur “Formula 1” üzrə dünya çempionatının Azərbaycan mərhələsi barədə danışarkən deyib.
O, ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının uğurlu alınacağını inandığını bildirib:
“Bütün komandalar həftəsonu formatına təklif edilən dəyişikliklərlə bağlı razılığa gəliblər. Bu format tez-tez olmasa da, komandalar buna uyğunlaşıblar. Hamı yarışın uğurlu alınması üçün təkan verməlidir”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 28-30-u aralığında keçiriləcək. İlk dəfə Bakıda təşkil olunacaq sprint yarışı ayın 29-na təsadüf edəcək.