Baş məşqçidən ciddi səhvlər edən futbolçuya dəstək: "Biz ona hirslənmirik"

20:43 12 Aprel 2023

“Bayern”in baş məşqçisi Tomas Tuxel Dayot Upamekanonun Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Mançester Siti” ilə oyununda etdiyi səhvlərdən danışıb.

 

Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi futbolçunu müdafiə edib:

“Upamekano çox səhv etdi. Riskli qərarlar qəbul edərkən konsentrasiyasının olmadığı iki-üç vəziyyət var idi.

Heç vaxt meydançanın həmin hissəsində bu səviyyədə səhvlər baş verməməlidir. O, bundan dərs alacaq. Biz ona hirslənmirik, o, hələ gəncdir və hələ də səhvlər edəcək. Ancaq bu səviyyəli matçda nəticə əldə etmək üçün səhvsiz oynamaq lazımdır”.

 

Qeyd edək ki, “Bayern” ilk oyununda İngiltərə komandasına uduzub (0:3).


Digər xəbərlər

Xəbər xətti