Luçano Spalletti: “Milan”ı keçmək üçün hər şey edəcəyik”

21:47 12 Aprel 2023

”Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1/4 finalında “Milan”la keçiriləcək ilk oyunla bağlı gözləntilərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən italiyalı mütəxəssis “Milan” səddini keçmək üçün hər şey edəcəklərini deyib:

“Ümid edirəm ki, bu oyundan əlavə də qarşıda bizi daha çox vacib matçlar gözləyir. Futbolçular da, mən də yaxşı bir mərhələdən keçirik. İstək və həvəsimizi meydançaya qoymağımız lazımdır. Bu, çempionların turniridir. Çempionlar isə belə yarışlarda özlərini əsirgəmirlər. Mən komandamı tanıyıram və “Milan”ı keçmək üçün hər şey edəcəyik”.

 

Qeyd edək ki, “Napoli” ilə “Milan” arasında ilk oyun aprelin 12-də “Cüzeppe Meatsa” stadionunda keçiriləcək. Matç saat 23.00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti