Türkiyədə “Beşiktaş” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, İstanbuldakı “Vodafon Park” stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Qolları 25-ci dəqiqədə Jedson Fernandes və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.
Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.