Böyük Britaniya və ABŞ Boks Federasiyaları aprelin 13-də Beynəlxalq Boks Assosiasiyasından çıxaraq “World Boxing” adlı yeni təşkilat yaratmağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu barədə “Inside the Games” portalı federasiyaların bəyanatına istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ və Böyük Britaniyadan olan federasiyalara Avropa ölkələrindən daha bir neçə təşkilat qoşulacaq.
Beynəlxalq Boks Assosiasiyasından çıxmaq barədə qərar onlayn brifinqdən sonra elan ediləcək.
“Dörd boks lideri Olimpiya hərəkatının mərkəzində daimi yer tutmaq və idman üçün daha yaxşı gələcək təmin etmək məqsədi daşıyan bu ümumdünya tədbiri ilə bağlı sualları cavablandırmaq üçün hazır olacaq”.