Benzema Raul Qonsalesə çatıb

12:40 13 Aprel 2023

Fransalı futbolçu Kərim Benzema İspaniya "Real Madrid"inin heyətində UEFA Çempionlar Liqasında (ÇL) 130-cu oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, evdə İngiltərənin "Çelsi" komandasına qarşı 1/4 final mərhələsinin ilk matçına start heyətində başlayan 36 yaşlı hücumçu bu göstərici ilə "kral klubu"nun sabiq üzvü Raul Qonsalesə çatıb.

 

Təcrübəli forvard hazırda yalnız Madrid təmsilçisinin keçmiş qapıçısı İker Kasilyasdan geri qalır. Veteran qolkiperin aktivində 150 ÇL oyunu var.

 

Qeyd edək ki, hazırda ikincisi hissəsi oynanılan görüşdə "Real Madrid" 1:0 hesabı ilə öndədir.


Digər xəbərlər

Xəbər xətti