Karlo Ancelotti: “Meydanda əsl komanda şəklində oynadıq”

14:45 13 Aprel 2023

“Real”ın baş məşqçisi Karlo Ancelotti UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə ilk matçından sonra (2:0) açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məqsədlərinə nail olduqlarını deyib:

“Meydanda əsl komanda şəklində oynadıq. Londonda da eyni cür oynamalıyıq. Məqsədimiz cavab oyunundan əvvəl üstünlük əldə etmək idi. Buna nail olduq. “Çelsi” çox yaxşı komandadır.

Bəzi epizodlar var idi ki, həmin an oyun bərabər mübarizə şəraitində keçirdi. Nəticədə, biz pressinq tətbiq etməyə çalışırdıq. Bununla da enerjimiz azalırdı. Buna baxmayaraq, mən oyun tərzimizdən razı qaldım. Səfər oyunundan gözləntim daha çox olacaq”.

 

Qeyd edək ki, “Çelsi” – “Real” cütünün cavab qarşılaşması İngiltərədə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti