AFFA İcraiyyə Komitəsi De Byazə irad bildirib vəzifəsində saxladı

14:23 13 Aprel 2023

AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclas qurumun inzibati binasında baş tutub.

 

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan başqa, digər məsələlər də müzakirəyə çıxarılıb.

 

İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib.

 

İclasda De Byazinin Azərbaycan millisindəki işinə davam etməsinə qərar verilib.

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti