UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportarena.az xəbər verir ki, bu ada İtaliyanın "İnter" klubundan Alessandro Bastoni, "Milan"dan Brahim Dias, İspaniya "Real Madrid"indən Vinisius Junior və İngiltərənin "Mançester Siti" komandasından Con Stons iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.