Luçano Spaletti: "Oyunu yenidən izləməli və təhlillər aparmalıyam"

16:51 13 Aprel 2023

“Napoli”nin baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Milan”la ilk qarşılaşması haqda (0:1) fikir bildirib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularına təşəkkür edib:

“Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Bu cür oynayacağımızı gözləyirdim. Oyunu yenidən izləməli və təhlillər aparmalıyam. Bəzən hər şey yaxşı gedir, bəzən isə işlər alınmır”.

 

Qeyd edək ki, “Napoli” – “Milan” cütünün cavab qarşılaşması Neapol şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti