Qazaxıstanın MMA döyüşçüsü Rafail Abbasov Azərbaycanla bağlılığı olduğunu açıqlayıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.
"Metis" ləqəbli döyüşçü instaqram istifadəçilərindən birinin "Sizin bir tərəfiniz azərbaycanlıdır?" sualına "Bəli" deyə cavab verib.
Qeyd edək ki, Rafail Abbasov son 4 görüşündə məğlub olmayıb və hazırda MANATCH liqasının çempionudur. O, sonuncu döyüşünü bu ilin yanvarında "Hardcore Fighting Championship" promo-turnirində rusiyalı Sergey Kiselyevə qarşı keçirib və rəqibini 30 saniyəyə nokaut edib.