Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" görüşü Tural Qurbanova tapşırılıb.
"Neftçi" - "Qəbələ" matçında isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel (cümə)
17:30. "Zirə" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu
20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bakcell Arena".
15 aprel (şənbə)
16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
16 aprel (bazar)
16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşək
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena".