Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşı oyunçusu seçilməyə dörd namizəd var.
Bunlar Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika), Zeki Amduni (“Bazel”, İsveçrə) və Nikola Milenkoviçdir (“Fiorentina”, İtaliya).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsvermənin yekununda bəlli olacaq.