Harri Maquayr: “Hələ heç nə bitməyib”

13:49 14 Aprel 2023

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə görüşünü (2:2) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi hər şeyin cavab matçında həll olunacağını bildirib. Eyni zamanda o, yaxşı müdafiə olunduqlarını söyləyib:

“Məncə, kifayət qədər yaxşı müdafiə olunduq, xarakter nümayiş etdirdik. Müsbət nəticə əldə edə biləcəyimiz görünürdü, lakin sonradan anlaşılmazlıqlar oldu və matç heç-heçə ilə bitdi.

Hələ heç nə bitməyib. Hər şey bir həftə sonra oynanılacaq cavab matçında həll ediləcək”.

 

Qeyd edək  ki, Maquayr matçın 46-cı dəqiqəsində meydana daxil olub. O, Rafael Varanı əvəz edib. İngiltərə millisinin üzvü əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə avtoqol müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti