İspaniya La Liqasının prezidenti Xavyer Tebas qurumun vitse-prezidenti vəzifəsində çalışarkən “Malyorka” klubundan 232 min avro alıb.
Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, bu, 2008-ci ildə baş verib.
Tebas həmin vaxt Argentina transfer bazarı ilə bağlı araşdırma aparmaq və kəşfiyyat hesabatı hazırlamaq üçün məvacib alırmış. Maraqlıdır ki, o, La Liqada çalışmazdan əvvəl “Malyorka”nın nümayəndəsi olub.
Pulu Tebasa klubun meneceri Pedro Terraza verib. Ancaq bu ödəniş rəsmi sənədlərdə qeydə alınmayıb.