İspaniyanın “Real Madrid” klubunun iki aparıcı futbolçusu Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə cavab oyununu buraxa bilər.
Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Toni Kroos və hücumçu Vinisyus Juniordur.
Əzələlərində yüklənmə olan adıçəkilən oyunçular komandanın son məşqində iştirak etməyiblər. Onların La Liqanın XXIX turunda “Kadiz”lə aprelin 15-də keçiriləcək matçı buraxacaqları dəqiqdir.
Almaniyalı orta sahə oyunçusu və braziliyalı forvardın “Çelsi”yə qarşı martın 19-da baş tutacaq qarşılaşmada iştirakları sual altındadır.
Qeyd edək ki, “Real Madrid”lə “Çelsi” arasında İspaniyadakı görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.