Premyer Liqada uğursuz mövsüm keçirən "Çelsi" növbəti ilin transfer fəaliyyətinə indidən başlayıb.
Sportarena.az xəbər verir ki, London təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Qavidir. Bu barədə AS nəşri məlumat yayıb.
"Çelsi" ispaniyalı yarımmüdafiəçisi böyük məbləğdə maaş təklif edib. Dəqiq məbləğ açıqlanmasa da, Qavinin təklifi qəbul edəcəyi halda Premyer Liqanın ən çox qazanan oyunçularından biri olacağı qeyd olunub.
Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. 18 yaşlı futbolçu cari mövsümdə İspaniya klubunun heyətində meydana çıxdığı 40 matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.