Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk matçlarından sonra "Mançester Siti"nin müdafiəçisi Con Stounz ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu "Mançester Siti"nin "Bavariya"nı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 90 dəqiqə meydanda olub. 28 yaşlı futbolçu komandasının üçüncü qolunun ötürməsini edib.
Qeyd edək ki, Con Stounz həftənin ən yaxşısı seçilmək üçün "Real"dan Vinisius Junior, "İnter"dən Alessandro Bastoni və "Milan"dan Brahim Diazı qabaqlayıb.