İngiltərənin "Liverpul" klubunda mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına Məhəmməd Salah layiq görülüb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Misirli forvarr mart ayı ərzində "Liverpul"un heyətində meydana çıxdığı 5 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.