"Bavariya"nın baş məşqçisi Tomas Tuxel komanda yoldaşı Leroy Sane ilə insident yaşayan Sadio Mane haqda açıqlama verib.
Sportarena.az xəbər verir ki, 49 yaşlı mütəxəssis seneqallı hücumçunun səhvini başa düşdüyünü və üzr istədiyini bildirib:
"Maneni müdafiə edən ilk şəxs mən idim. Onu uzun illərdir peşəkar biri olaraq tanıyıram. Manenin ətrafını haqda da məlumatım var. Heç vaxt nədəsə günahlandırılmayıb. Amma son davranışları qaydalara ziddi idi. Bunu qəbul etdi və üzr istədi".
Qeyd edək ki. Çempionlar Liqası 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk matçından (0:3) sonra paltardəyişmə otağında Sadio Mane ilə Leroy Sane mübahisə edib. Mane komanda yoldaşını yumruqla vurub. Buna görə klub 31 yaşlı futbolçunu Bundesliqanın "Hoffenhaym"la görüşünün heyətinə daxil edilməyib. Mane həmçinin 500 min avro məbləğində cərimələnib.