“Monako”nun hücumçusuna İspaniya məhkəməsindən cəza

11:38 15 Aprel 2023

İspaniya məhkəməsi “Monako”nun hücumçusu Vissam Ben Yedderə hökm oxuyub.

 

Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, forvard “Sevilya”da çıxış edərkən vergidən yayındığı üçün 6 aylıq şərti həbs cəzası alıb.

 

Bundan başqa, Ben Yedder 133 min avro cərimə də ödəməlidir.

 

Xatırladaq ki, Ben Yedder 2016-2019-cu illər aralığında “Sevilya”nın uğurları üçün çalışıb. Fransadan olan 32 yaşlı hücumçu “Monako”ya məhz İspaniya klubundan transfer olunub.


Digər xəbərlər

Xəbər xətti