Dünən futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, ilk oyunda “Baku Fire” “Record” üzərində böyükhesablı qələbə qazanmaqla mərhələ adlayıb.
Günün ikinci oyunu gərgin keçib. “Şamaxı” – “Neftçi” matçının əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün komandalar hərəsi 5 dəqiqədən ibarət daha 2 hissə mübarizə aparıb. Daha üstün oynayan “Neftçi” qələbə qazanıb.
MUM-la oyunda hesabı U-19 açsa da, gənclər üstünlüyü qoruya bilməyiblər. Təcrübəli futzalçılardan qurulmuş heyətə sahib MUM inamlı qələbə qazanaraq növbəti yarımfinalçı olub.
Son matçda da gərgin və barışmaz mübarizə qeydə alınıb. ADBTİA – “Rəvan” matçı qarşılıqlı qollarla müşayət olunub. Duelin yekununda “Rəvan” mərhələ adlamağı bacarıb.
Azərbaycan kuboku
1/4 final
14 aprel
Baku Fire – Record club 19:1
Şamaxı – Neftçi İK 3:3 (əlavə vaxtda 4:7)
MUM – U-19 5:2
ADBTİA – Rəvan 5:8
Beləliklə, kubokun yarımfinalında bu komandalar qarşılaşacaqlar:
Rəvan – Neftçi İK
MUM – Baku Fire