Azərbaycanın bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirinin ilk medalçıları sırasında olublar.
Sportarena.az xəbər verir ki, gənclərdən ibarət millinin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər.
14 ölkədən 119 gimnastın iştirak etdiyi turnir aprelin 16-da başa çatacaq.