Premyer Liqanın 30-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hakimin final fitindən dərhal sonra meydanda dava düşüb. Belə ki, iki komandanın futbolçuları əlbəyaxa davaya çıxıblar. Onları məşqçilər və klub rəsmiləri sakitləşdiriblər.