Ağırlıqqaldırma üzrə Azərbaycan millisi coşğu ilə qarşılanıb

21:42 15 Aprel 2023

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

 

Sportarena.az xəbər verir ki, bir qədər əvvəl Vətənə dönən nümayəndə heyətini könüllülər, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri coşğu ilə qarşılayıblar.

 

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.


Digər xəbərlər

Xəbər xətti