Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, turun son matç günündə iki matç oynanılıb.
Günün ilk oyunu Şamaxıda gerçəkləib. Eyniadlı komanda qonaq etdiyi "Sumqayıt"la heç-heçə edib - 1:1.
Turun son matçında isə avrokuboklara vəsiqəni təmin etmiş "Qarabağ" və "Sabah" üz-üzə gəlib. "Sabah" "Qarabağ" qarşısında tarixindəki ilk qalibiyyətini alıb - 2:1.
Azərbaycan Premyer Liqası
30-cu tur
16 aprel
Şamaxı 0:0 Sumqayıt (yekun)
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu. Saat 16:00.
Sabah 2:1 Qarabağ (yekun)
Qollar: Coy Lens Mikels, 72, 76 - Riçard Almeyda, 76 (pen)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”. Saat 19:00.