“Qarabağ”ın sabiq hücumçusu Ovusu Kvabena Macarıstanda növbəti qolunu vurub.
Sportarena.az xəbər verir ki, qanalı futbolçu yüksək liqada 27-ci turun matçının iştirakçısı olub.
“Ferensvaroş”un oyunçusu “Budapest Honved”lə görüşdə (3:0) komandasının 3-cü qolunu vurub. Ovusu 80-ci dəqiqədə Marquinhosun əvəzinə meydana daxil olub, 7 dəqiqə sonra isə qola imza atıb.
Bu, onun “Ferensvaroş”da 4 oyuna 2-ci qoludur. 2023-cü ilin yanvarında macar klubuna keçən Ovusu zədəsi səbəbindən bir çox oyunu buraxıb.
Bu qələbədən sonra çempionatın lideri “Ferensvaroş” xalını 58-ə yüksəldib. O, ən yaxın rəqibi “Keçkemeti” 6 xal qabaqlayır.