PSJ-nin futbolçusu Kilian Mbappe yeni rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, o, buna Fransa çempionatının 31-ci turunda "Lens"lə görüşdə (3:1) qol vuraraq nail olub. 24 yaşlı hücumçu Liqa 1-də vurduğu qolların sayını 139-a yüksəldib. Bununla da Mbappe Edinson Kavanini geridə qoyaraq PSJ-nın çempionatda ən çox qol vuran futbolçusu olub.
Qeyd edək ki, fransalı oyunçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 35 matçda 31 qol vurub və 7 qolun ötürməsini verib.