Osimhen "Milan"a qarşı oynaya biləcək?

15:24 16 Aprel 2023

"Napoli"nin futbolçusu Viktor Osimhen Çempionlar Liqasının 1/4 finalında "Milan"a qarşı cavab matçında start heyətdə oynayacaq.

 

Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Luçano Spaletti məlumat verib. O, nigeriyalı hücumçunun start heyətdə oynamağa hazır olduğunu bildirib.

 

Xatırladaq ki, V.Osimhen zədə səbəbindən "Milan"la ilk görüşü (0:1) buraxıb. O, dünən A seriyasında "Verona" ilə matçda 73-cü dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, "Napoli" - "Milan" görüşü aprelin 18-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti