Din Liren şahmat tacı uğrunda dueldə yenidən ümumi hesabı bərabərləşdirib

17:20 16 Aprel 2023

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

 

Sportarena.az xəbər verir ki, beşinci qarşılaşma Lirenin qələbəsi ilə yekunlaşıb.

 

31 yaşlı qrossmeyster ağ fiqurlarla 44-cü gedişdə rəqibi təslim olmağa məcbur edib. Liren bu qələbədən sonra ümumi hesabı bərabərləşdirib - 3:3.

 

Qeyd edək ki, şahmatçılar arasında 1 və 3-cü qarşılaşmalarda bərabərlik qeydə alınıbsa, 2 və 5-ci görüşlərdə rusiyalı, digər turlarda isə çinli iti zəka sahibi qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti